Güclü külək Quba və Siyəzəndə fəsadlar törətdi
Ötən gün axşam saatlarından başlayaraq davam edən güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.
APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, ən böyük ziyan rayonun elektrik təsərrüfatına dəyib.
Quba Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, hazırda rayonun 50 faizinə elektrik enerjisinin verilişi dayandırılıb. O bildirib ki, dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər görülür.
Güclü külək Siyəzən rayonunda da bir sıra fəsadlar törədib. Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev APA TV nin yerli bürosuna bildirib ki, rayon ərazisində bir neçə elektrik dirəyi aşıb. Bu səbəbdən enerjinin verilişində müvəqqəti fasilə yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib