Dünyada neftin qiyməti 29 dollar ətrafında sabitləşir - BU, SON DEYİL
Dünya birjalarında neftin qiyməti sabitləşməkdədir. APA TV-nin məlumatına görə, “Brent” markalı neftin qiyməti 29 dollar ətrafında dəyişir.
Səhər seanslarında bu marka neftin bir bareli üzrə mart fyüçersləri 29.08 dollardan bağlanıb. WTI neftinin qiyməti isə yenə də “Brent”i üstələyir. Bu marka neft birjalarda 30.52 dollardan satılır. Treyderlər qiymətlərin 29,50 həddinədək yüksələcəyini, sonradan 26 dollara enəcəyini proqnozlaşdırır.
Neftin qiyməti həm də ABŞ-ın neft və benzin ehtiyatlarının həcminə dair hesabatdan asılı olacaq. İlkin ehtimallara görə, ehtiyatların həcminin azaldığı güman olunur, bu isə neftin qiymətini bir müddət indiki həddə saxlaya bilər.
OXŞAR XƏBƏRLƏR
19:34
855
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1042
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1767
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1267
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1218
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
651