Dollar və avro bahalaşdı, rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yanvarın 18-i ilə müqayisədə artaraq, 1.6028 manat olub. Bu, devalvasiyadan sonra dolların ən yüksək məzənnəsi hesab olunur.
Avrozonanın vahid valyutası da bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.7451 manat olaraq açıqlayıb.
Rusiya rublunun məzənnəsi isə ucuzlaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 20 manat 20 qəpikdir.
Xatırladaq ki, Mərkəzi Bank xarici valyutaların məzənnəsini həftə içi hər gün açıqlayır.
OXŞAR XƏBƏRLƏR
19:34
913
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1100
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1822
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1269
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1220
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
653