Lənkəranda iki avtomobil toqquşdu
Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 18-də saat 16.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
Masallı şəhər sakini, 32 yaşlı İqbal Ziyad oğlu Əzimovun idarə etdiyi “Mercedes” markalı, 90 TS 068 dövlət nömrə nişanlı minik avtomobili Masallının Xanaliyon kənd sakini, 26 yaşlı Rasət Firdovsi oğlu Əliyevin idarə etdiyi “VAZ-2104” markalı, 44 BO 349 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Güclü zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, həmçinin “VAZ-2104”-ün sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Ona müvafiq yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib