Azərbaycanda müəllim və həkimlərin maaşları artırıldı
Azərbaycan prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Dövlət başçısının imzaladığı digər sərəncam təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı olub. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
OXŞAR XƏBƏRLƏR
19:34
912
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1099
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1821
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1269
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1220
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
653