Ömrünü Sibir meşələrində keçirən rus qadın ilk dəfə şəhər gördü - NONSENS
Bütün həyatını şaxtalı Sibir meşələrində keçirən 70 yaşlı rahibə Aqafya Lıkova ilk dəfə sivilizasiya ilə ayağındakı problem səbəbindən xəstəxanaya gətirildiyində tanış olub.
APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, Aqafya Lıkova ailəsinin məskunlaşdığı meşədə, 1936-cı ildə dünyaya gəlib. Onun ailəsi rus pravoslav kilsəsindən tam fərqli bir dini cərəyana, "Qədim inanclılar" cərəyanına mənsub olub.
80 il əvvəl Sovet Rusiyasından və dini ayrı-seçkilikdən Sibir çöllərinə qaçan 6 nəfərlik ailə, sadəcə, torpağı əkib-becərməklə həyat sürüb. Aqafya Lıkova 1988-ci ildə valideynlərini itirir. Onun adını geniş ictimaiyyət ilk olaraq 1970-ci ildə eşidir. Həmin vaxt aşkar edildiyində, onun II Dünya müharibəsinin başlaması və bitməsindən də xəbəri olmayıb. Ötən ilə qədər qadın burada yeganə dostu olan 77 yaşlı geoloq Yerofey Sedovun ölümünə qədər onunla birlikdə yaşayıb.
Yerli mətbuatın məlumatına görə, Aqafya Lıkova hələ bir həftə xəstəxanada müalicə olunmalıdır. Bütün israrlara baxmayaraq, qadın bu müddətdən sonra yenidən öz evinə, meşəyə geri dönmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib