Nazirlik: Manatın devalvasiyası ilə bağlı Vergilər Məcəlləsində dəyişiklik gözlənilmir
Azərbaycanda manatının devalvasiyası ilə bağlı Vergilər Məcəlləsində heç bir dəyişiklik gözlənilmir.
APA TV-nin məlumatına görə, bunu Bakıda keçirilən "Vergi sistemində inkişaf və əməletmə" mövzusunda 5-ci illik vergi konfransda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.
"Bu gün ölkədə xüsusi müzakirə mövzusu olan aksiz markaları ilə markalanmalı olan məhsulların, xüsusilə də tütün məmulatlarının, alkoqollu içkilərin satışı ilə bağlı 2015-ci ilin yanvarın əvvəlindən Vergi Məcəlləsinə dəyişiklik edilərək vergitutma mexanizmində aksizə münasibətdə spesifik sistemə keçildi. Bu nə deməkdir? Tütün məmulatları satılarkən onların topdansatış qiymətinin 12,5% həcmində advolar qaydada aksiz vergisi hesablanırdı. Lakin bu dəyişiklik nəticəsində spesifik vergi rejiminə keçildi. Yəni aksizli məhsul olaraq tütünün hər min ədədi vergiyə cəlb olundu. Belə bir dəyişiklik, devalvasiya ilə bağlı qiymətlərin artması vergi daxilolmalarına təsir etmir. Başqa sözlə, baxmayaraq ki, tütün məmulatlarının, alkoqollu içkilərin qiyməti artır, vergilər spesifik qaydada hesablandığı üçün, yəni bunun litrinə, ədədinə münasibətdə hesablandığı üçün vergitutmada artım müşahidə edilmir" - deyə nazir müavini qeyd edib.
Natiq Şirinov qeyd edib ki, tütün məmulatları və alkoqollu içkilərin qiymətinin artması vergi daxilolmalarına təsir etmir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib