Bakıda vergi konfransı keçirilir
Bu gün Bakıda "Vergi sistemində inkişaf və əməletmə" mövzusunda 5-ci illik vergi konfransı işə başlayıb.
APA TV-nin məlumatına görə, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham-Azerbaijan) prezidenti İlqar Vəliyev deyib ki, tədbirin əsas məqsədi ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə etməkdir.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergilər Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklər barədə məlumat verib. Bildirib ki, bu dəyişikliklər sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edir: "Müəyyən sahələrdə vergi dərəcələrinin aşağı salınması, yəni onun daha da optimallaşdırılması həyata keçirilib. İkincisi, vergi ödəyicilərinə müəyyən sahələrdə vergitutma rejimində seçim hüququ verilib. Üçüncüsü, bu dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsinə xidmət edir".
Qeyd edək ki, konfransda I panel üzrə Azərbaycanda vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri, II panel üzrə isə vergi inzibatçılığı və vergi ödəyiciləri ilə vergi orqanları arasındakı kommunikasiyanın təkmilləşdirilməsi mövzuları müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib