Türkiyədə növbəti terror: 3 polis şəhid oldu
Türkiyənin Şırnaq vilayətində terrorçuların silahlı hücumu nəticəsində 3 polis əməkdaşı şəhid olub, 4-ü isə yaralanıb.
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, vilayətin İdil rayonunda PKK terrorçuları yola yerləşdirdikləri partlayıcı qurğunu polisləri daşıyan zirehli avtomobil keçərkən işə salıblar. 3 polis hadisə yerində ölüb, ağır xəsarət almış digər polislər xəstəxanaya çatdırılıblar.
Eyni vaxtda başqa bir qrup isə qumbaraatan və digər iriçaplı silahlarla rayonun Yeni Məhəllə adlanan ərazisində polis bölməsinə hücum edib. Terrorçulara cavab atəşi açılıb.
Hazırda ərazidə atışma davam edir.
OXŞAR XƏBƏRLƏR
19:34
939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1126
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1849
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1271
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1222
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
656