Ağcabədidə orta məktəb binası külə döndü
Ağcabədinin Hindarx qəsəbəsində orta məktəb binası yanıb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, şəhid Xanoğlan Həsənov adına məktəbdə yanğın naməlum səbəbdən çıxıb.
Bazar günü olduğundan, məktəbdə heç kim olmayıb. Bu səbəbdən də xəsarət alan olmayıb. Alovu söndürməyə Ağdam və Ağcabədi rayonunun yanğınsöndürənləri cəlb edilib. Alov genişlənmədən kənd sakinləri məktəbə aid sənədləri yanğından mühafizə edə bilib. 215 şagirdin təhsil aldığı müəssisə tamamilə yanıb.
Hadisənin baş verdiyi əraziyə gələn Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri APA TV-yə bildirib ki, sinif otaqları yararsız hala düşdüyündən, 215 şagird təhsilini müvəqqəti olaraq qəsəbədəki digər məktəb binasında davam etdiriləcək. Hazırda mütəxəssislər yanğının hansı səbəbdən baş verdiyini araşdırır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib