Sultanəhməddəki terrora görə 10 nəfər həbs edildi
Türkiyənin İstanbul şəhərinin Sultanəhməd meydanında baş vermiş terrorla bağlı 10 nəfər həbs edilib.
APA TV-nin Türkiyə bürosunun verdiyi xəbərə görə, məhkəmə qarşısına çıxarılmış 16 nəfər şübhəlidən 10 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Digər 6 nəfər isə başqa yerə getməmək şərti ilə məhkəmə zalından azadlığa buraxılıb.
Həbs edilənlər silahlı terror təşkilatına üzv olmaq və qəsdən adam öldürməkdə ittiham olunurlar.
Qeyd edək ki, İstanbulun Sultanəhməd meydanında baş vermiş terror nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Həlak olanların hamısı Almaniya vətəndaşlarıdır.
OXŞAR XƏBƏRLƏR
19:34
939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1126
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1849
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1271
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1222
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
656