Dolların məzənnəsi devalvasiyadan sonra ən yüksək həddə çatdı
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-ə olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, yanvarın 18-ə dolların rəsmi məzənnəsi 1,5870 səviyyəsində müəyyən olunub.
Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi 1,04% və ya 0,0164 manat artıb.
Qeyd edək ki, bu məzənnə 16-18 yanvar tarixlərində qüvvədə olacaq.
Onu da qeyd edək ki, bu, AMB-nin İdarə Heyətinin ötən ilin 21 dekabr tarixində üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra dolların manata qarşı ən yüksək məzənnəsidir. İndiyə qədər dolların rəsmi məzənnəsi yanvarın 14-15-də olub - 1,5706.
OXŞAR XƏBƏRLƏR
19:34
939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1126
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1849
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1271
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1222
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
656