“Günəşli” yatağındakı ən təhlükəli quyuda yanğın söndürüldü
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tədbirləri davam etdirir.
FHN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub.
Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub.
Özüldə yanan digər iki quyunun da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində ümumilikdə 7 nəfər ölüb, 29 nəfər itkin düşüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib