İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirildi, Dövlət Agentliyi ləğv edildi
Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
APA TV-nin xəbərinə görə, sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb.
Ölkə başçısının digər sərəncamına əsasən, Şahin Mustafayev iqtisadiyyat naziri təyin olunub.
Prezidentin imzaladığı başqa sərəncamla Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib. Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.
Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
19:34
950
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1139
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1857
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1271
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1222
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
658