Göygöldə "TIR" “KamAZ”a çırpıldı
Bakı-Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "TIR" arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza zamanı “TIR”ın sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Anar İbrahimov və sərnişin, 1981-ci il təvəllüdlü Emin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:34
951
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1139
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1858
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1271
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1222
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
658