Bakıda taksi sürücüsü bıçaqlandı
Ötən gecə Bakıda taksi sürücüsü bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.
"Koroğlu" metro stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Ramin Əvəz oğlu Qaraşovun avtomobilinə sərnişin əyləşib. Sərnişin sürücüdən onu Ramana qəsəbəsinə aparmasını xahiş edib. Mənzil başına çatanda müştəri taksiyə pul vermək əvəzinə cibindən bıçaq çıxarıb. O, sürücüyə hədə-qorxu gələrək pul tələb edib. Ramin Qaraşov pul verməkdən imtina edəndə müştəri bıçaqla ona iki zərbə endirərək ərazidən uzaqlaşıb.
Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər əməliyyat olunan Ramin Qaraşovun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Hadisə barədə 12-ci polis bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir. Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib