Qaxda ailəvi istirahət mərkəzində yanğın oldu
Qax rayonunda fəaliyyət göstərən ailəvi istirahət mərkəzlərindən birində yanğın olub.
APA TV-nin məlumatına görə, yanğın bu gün 15:00 radələrində rayonun İlisu kəndi ərazisində yerləşən, Mətləb Hüseyn oğlu Bayramova məxsus "Eden" ailəvi istirahət mərkəzinin nəzdindəki ümumi sahəsi 225 kv. m olan qonaq evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi ilə binanın tam yanmasının qarşısı dərhal alınıb.
Yanğın nəticəsində binanın çardaq hissəsinin 16 kv. m-lik sahəsi yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərinin qısa qapanması səbəb olub.
Faktla bağlı FHN-in Qax rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib