Masallıda yanacaqdoldurma məntəqələrinə silahlı basqınlar edən şəxs tutuldu
Masallı rayonunda yanacaqdoldurma məntəqələrinə silahlı basqınlar edən şəxs tutulub.
APA TV-nin cənub bürosunun məlumatına görə, yanvarın 14-də səhər saat 5.00 radələrində Masallı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsinə rayonun Sərçuvar kəndində Bayram Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olması barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törədən rayonun Çaxırlı kənd sakini, 24 yaşlı Cəlal İlqar oğlu Cəlalzadə tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, adıçəkilən şəxs ötən ilin dekabrında elə həmin yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan 700 manat pul aparıb.
Bundan başqa, Cəlal Cəlalzadə yanvarın 4-də rayonun Musaküçə kəndində yerləşən Cəmaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək oradan 300 manat pul aparıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib