24 yaşlı gəncin başçılıq etdiyi oğru dəstəsi ələ keçdi
Abşeron Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlar evlərindən silsilə oğurluqlar olunduğu barədə xəbər veriblər.
APA TV-nin xəbərinə görə, qəsəbə ərazisində ərzaq mağazasının sahibləri də şikayət edən vətəndaşlar sırasında olub.
Dəstə üzvləri dükana yalnız pul üçün soxulmayıblar. Məsələn, Mehdiabad qəsəbəsində dükan naməlum şəxslərin qarətindən sonra bu vəziyyətə düşüb.
Keçirilən axtarış tədbirləri nəticəsində məlum olub ki, silsilə oğurluqlar törədən dəstə üzvlərindən kiçiyinin 15, böyüyünün isə 24 yaşı var. Dəstəyə Nihad Qəhrəmanov rəhbərlik edib.
19 yaşlı Nurəddin Orucov isə bir dəfə artıq məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, 6 oğurluq epizodunda Nihadla bərabər olub.
İstintaqla müəyyən olunub ki, dəstə üzvlərinin adları təxminən 15 oğurluq epizodunda keçir. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib