Tovuzda 21 yaşlı qız yoxa çıxıb: evlərində qan izləri var
Tovuzda 21 yaşlı qız yoxa çıxıb. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı müəmmalı şəkildə itkin düşüb.
Faktla bağlı araşdırma aparan hüquq-mühafizə orqanların əməkdaşları Z.Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z.Məhərrəmova sonuncu dəfə evdə qardaşı Anarla birlikdə olub. Qonşulara bacısının yoxa çıxdığını da 16 yaşlı Anar xəbər verib. Həmin gün Zülfiyyənin anası işdə olub.
Tovuz polisi evə baxış keçirsə də, qızın sənədlərini və paltarlarını tapmaq mümkün olmayıb. Qonşular Məhərrəmovların sakit ailə olduğunu, qızlarının təhsil alması üçün çalışdıqlarını bildiriblər.
Polis qızın axtarışlarını davam etdirir.
Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib