60 manat borca görə iş yoldaşına 7 bıçaq vurdu
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, iş yoldaşları arasında mübahisə borc pul üstə düşüb.
Hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. İntiqam İlham oğlu İbrahimovu Elvin adlı iş yoldaşı bıçaqlayıb. Yaralı qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər İntiqam İbrahimovun bud nahiyəsində 7-yə yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər.
İntiqam İbrahimovun qardaşı Ehtiram İbrahimovun sözlərinə görə, mübahisəyə səbəb borc pul olub. İntiqam iş yoldaşı Elvinə 60 manat borclu imiş: “Qardaşımın o oğlana borcu olub. Deyilib ki, pul ayın 15-də veriləcək. O da gəlib ki, bu gün pulu çatdırmalısınız. Qardaşım deyib ki, söhbət ayın 15-nə olub, həmin gün verəcəm. Amma deyib ki, pul bu gün nə yolla olur-olsun, çatmalıdır. Gedək söhbət eləyək. Gediblər söhbətə”.
Söhbət zamanı tanışlar arasında dava düşüb. İş yoldaşı İntiqam İbrahimovu həm döyüb, həm də bıçaqlayıb.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib