ABŞ-ın neft ehtiyatları azaldı, “qara qızıl” bahalaşır
ABŞ-ın neft ehtiyatlarının gözlənilmədən azalması neftin son səkkiz gündə yenidən bahalaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, səhər saatlarında Brent markalı neftin satışına görə bağlanmış fyüçerslərdə orta qiymət 31,12 dollardan götürülüb ki, bu da bir gün əvvəlki göstəricidən 0,26 dollar çoxdur.
ABŞ-ın neft ehtiyatlarının bu həftə 2,6 milyon barel artacağı proqnozlaşdırılsa da, Amerika Neft İnstitutunun açıqladığı hesabat bunun əksini göstərir. Hesabata əsasən, ölkənin neft ehtiyatları ötən həftə 3,9 milyon barel azalıb. ABŞ Energetika İnformasiya İdarəsi dünya neft bazarında təklifin tələbi hələ 2017-ci ilin sonunadək üstələyəcəyi barədə proqnoz irəli sürüb.
Qeyd edək ki, neftin qiymətinə təsir göstərən əsas amillərdən biri dünyanın ikinci ən böyük neft idxalatçısı olan Çinin iqtisadiyyatında müşahidə olunan geriləmədir. Rəsmi məlumatlara görə, Çində neft idxalı 2015-ci ildə 9 faiz artıb ki, bu da proqnozlardan daha azdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib