Obamanın Konqresdə son nitqi: "İŞİD olmasa belə, dünyada qeyri-sabitlik yaşanacaq"
"Beynəlxalq terrorizmin məhv edilməsi beynəlxalq təhlükəsizlik sisteminin qorunması üçün vacib şərtdir".
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Konqresdə “Ölkənin vəziyyəti barədə” çıxışında bəyan edib. O bildirib ki, beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir.
“Birinci dərəcəli prioritet Amerika xalqının müdafiəsi və terrorçu şəbəkələrin məhv edilməsidir. "Əl Qaidə" və İŞİD qruplaşmaları bizim vətəndaşlarımıza birbaşa təhdid törədir”.
Obamanın sözlərinə görə, hətta İŞİD neytrallaşdırılsa belə, Yaxın Şərq, Əfqanıstan, Pakistan, Mərkəzi Amerika və Afrikanın müxtəlif bölgələrində onilliklər boyu qeyri-sabitlik qalmaqda davam edəcək. ABŞ prezidenti qeyd edib ki, terrorla mübarizədə qələbə çalmaq üçün Konqres silahlı qüvvələrinin ölkə sərhədlərindən kənarda istifadəsinə icazə verilməsi ilə bağlı qanun layihəsini təsdiqləməlidir.
Obamanın bu çıxşı onun prezident vəzifəsində Konqresdəki son nitqidir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib