Zaqatalada qoyun oğurlayan Bakı və İsmayıllı sakinləri həbs edildi
Zaqatalada qoyun-quzu oğurlayan Bakı şəhər sakinləri və İsmayıllı rayon sakini həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Danaçı kənd sakini Nurəddin Yumuxov Zaqatala RPŞ-ə yazılı surətdə müraciət edərək bildirib ki, naməlum şəxslər yanvar ayının 3-ü axşam saatlarında yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən 9 baş qoyun-quzu oğurlayıblar.
Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Nurəddin Yumuxova məxsus xırda buynuzlu mal-qaranı İsmayıllı rayon sakini, 1984-cü il təvəllüdlü Ziliyev Vüsal Təşkilat oğlu, Bakı şəhəri Lökbatan qəsəbə sakinləri 1998-ci il təvəllüdlü Məhərrəmli Elçin Əlikram oğlu, 1994-cü il təvəllüdlü Novruzov Tofiq Şahalı oğlu və 1997-ci il təvəllüdlü Zaqatala rayonunun Danaçı kənd sakini Adamov Hacımurad Ramazan oğlu əlbir olaraq oğurlayıblar. Keçirilmiş tədbir nəticəsində cinayətin iştirakçıları tutularaq istintaqa təhvil veriliblər.
Təqsirləndirilən şəxslər barəsində Cinayət məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə ittiham elan olunaraq, barələrində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib