Bakıda "Mercedes" "KamAZ"la toqquşdu: yaralananlar var
Bakıda iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü Mehman Tağıyev idarə etdiyi 10 OA 408 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili ilə qəza törədib. Mehman Tağıyev ötmə əməliyyatını düzgün etmədiyindən avtomobili qarşıda gedən "KamAZ"-a çırpıb. Qəza nəticəsində sürücü Mehman Tağıyev və onun sərnişini 1965-ci il təvəllüdlü Zümrüd Qurbanova ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hər iki yaralı dərhal əməliyyata alınıb. Həkim-travmatoloq Loğman Məmmədovun APA TV-yə verdiyi məlumata görə, Mehman Tağıyevin vəziyyəti orta ağır olduğu üçün hazırda reanimasiyadadır.
"İlkin müayinə zamanı onun 3, 4, 5 və 6-cı qabırğalarının sındığı müəyyən olunub. Zümrüd Qurbanovada isə, burunda, alt çənədə və bir də, döş qəfəsinin sağ yarısında əzik və sıyrıntılar var. Hər iki xəstə klinikada müalicə alır. Xəstələrin vəziyyəti stabildir".
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib