Bakıda dəhşət: hamilə qadını maşın vurub öldürdü
Bakıda maşın hamilə qadını vuraraq öldürüb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, Xocahəsən qəsəbəsində baş verib.
Qəsəbə ərazisində yüksək sürətlə hərəkətdə olan “Volkswagen” markalı avtomobil yolu keçmək istəyən Həqiqət Məmmədovanı vurub.
Zərbənin təsirindən piyada avtomobilin ön şüşəsini qıraraq içəri düşüb. Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Lakin çoxsaylı xəsarətlər alan hamilə Həqiqət Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində polis əməkdaşları olublar. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.
Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib