Türkmənistanda meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən, bu gün Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin kimliyi məlum olub.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, meyiti tapılan neftçinin 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlu olduğu müəyyənləşdirilib.
Qeyd edək ki, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.
OXŞAR XƏBƏRLƏR
19:34
1065
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1252
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1968
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1279
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1229
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
666