Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı artır
Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı artır. APA TV-nin “News.am”a istinadən verdiyi məlumata görə, Mikaelyan adına İrəvan Cərrahiyyə İnstitutunda H1N1 (“donuz qripi”) virusundan daha bir nəfər ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytyan bildirib ki, ölən kişi Rusiyadan gəlib. Uzun müddət xəstəlikdən əziyyət çəksə də, həkimə müraciət etməyib.
Həmin şəxs Gümrü şəhərində xəstəxanaya yerləşdirilib, sonra isə İrəvana aparılıb. Həkimlərin səyi nəticə verməyib və o, yanvarın 10-a keçən gecə ölüb.
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, bu, “donuz qripi”ndən beşinci ölüm faktıdır.
OXŞAR XƏBƏRLƏR
19:34
1064
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1251
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1967
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1279
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1229
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
666