Elmar Məmmədyarov: "ABŞ-ın dəstəyi olmasa, bölgədə mürəkkəb vəziyyətlə üzləşə bilərdik"
“Strateji baxımdan vacib layihələr nəinki Azərbaycanın müstəqilliyini və suverenliyini təmin edir, həm də ölkənin dünyanın ən sürətli inkişaf edən iqtisadiyyata malik olmasına imkan verir”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunan Xəzər Forumunda çıxışında deyib.
E. Məmmədyarov Bakı-Ceyhan-Tiflis və Cənub dəhlizinin bölgənin inkişafında rolunu xüsusi qeyd edib. O, Bakı-Tiflis-Ceyhan layihəsinə dəstək verdiyinə görə ABŞ-a təşəkkür edib: “Biz ABŞ-ın dəstəyinə dəyər veririk. Bu dəstək olmasa, biz bu bölgədə mürəkkəb vəziyyətlə üzləşə bilərdik. Hazırda biz görürük ki, Bakı-Tiflis-Ceyhan, Cənub dəhlizi kimi layihələr bölgənin inkişafına kömək edir. Bəli, bizim regionda problemlər var, lakin mən inanıram ki, biz bu istiqamətdə irəliləməyə davam etsək, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın millətçi ambisiyalardan üstün olduğuna dair arqumentimiz möhkəmlənər”.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"