Zərdab rayon prokuroru işdən çıxarıldı
Zərdab rayon prokuroru işdən çıxarılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilmişdi ki, icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.
OXŞAR XƏBƏRLƏR
19:34
1065
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1252
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1968
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1279
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1229
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
666