Bakıda poçt şöbəsi qarət edildi: 110 manat və 200 dollar aparıldı
Bakının Xətai rayonunda poçt şöbəsi qarət edilib. APA TV-nin məlumatına görə, hadisə Əhmədli kəndi, Şahin Səmədov küçəsində qeydə alınıb.
Oğrular “Azərpoçt” MMC-nin 3 saylı filialının 32 saylı poçt şöbəsini qarət ediblər. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA TV-yə verilən məlumata görə, oğrular 32 saylı poçt şöbəsinə binanın yan tərəfindən daxil olublar. Pəncərə önündəki dəmir qoruyucuları kəsən oğrular oradan 110 manat, 200 dollar və poçt markalarını aparıblar. Eyni zamanda onlar oğurluq əməlini törədən zaman poçtun siqnalizasiya sisteminin kabelini kəsərək onu sıradan çıxarıblar.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Ərazi nəzarət altına alınıb. Daha sonra barmaq izləri müəyyən olunaraq götürülüb.
Məlumat üçün qeyd edək ki, ərazidə heç bir müşahidə kamerası yoxdur. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib