Bakıda yararsız kolbasa satışı ilə məşğul olan şəxslər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız və müddəti bitmiş yeyinti məhsullarının satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri “Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.
Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib