Gəncə yollarında nə baş verir? - POLİS REYDİ
Tıxac problemi artıq respublika miqyaslı problemə çevrilib. Təkcə Bakıda deyil, bölgələrdə də sürücülər tıxac problemi ilə üzləşirlər. APA TV-nin Qərb bürosunun məlumatına görə, Gəncənin şəhərdaxili yollarında nəqliyyat vasitələrinin sıxlığı hərəkətdə çətinlik yaradır. Maşınların nizamsız şəkildə park edilməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən yol polisləri "dayanma-durma" qaydalarını pozan sürücülərə qarşı növbəti reyd keçiriblər. Maşınlarını ictimai nəqliyyat vasitələrinin dayanacaqlarında, yol ayrıclarında, nişanların altında, hətta piyada keçidində saxlayan sürücülərə qarşı DYP əməkdaşlı tədbirlər görüblər.
Reyd zamanı əsas hədəf avtobus dayanacaqlarını qanunsuz zəbt edən taksi sürücüləri olub.
Avtomobillərini qadağan olunan yerlərdə saxlayan sürücülər cərimələrdən müxtəlif yollarla yayınmağa çalışıblar. Hətta bəziləri iddia edib ki, onun qaydaları bilməməsi yol polisinin günahıdır.
Bütün bunlara baxmayaraq qayda pozan sürücülərə qarşı qanuna müvafiq tədbir görülüb. Hətta maşınlarına yaxınlaşmayan sürücülər də cəzasız qalmayıb.
Avtomobillərini ictimai nəqliyyat vasitələrinin dayanacaqlarına 15, yol ayrıcları və piyada keçidlərinə isə 5 metrdən yaxın saxlayan sürücülərə qarşı reydlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib