"Donuz qripi" təhlükəsi: Azərbaycanda lazımi dərmanlar hazırlandı
"İndiyədək "donuz qripi" ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb".
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev deyib.
O bildirib ki, indiyədək virusla bağlı müraciət daxil olmayıb və müraciətlər yalnız hər il olduğu kimi mövsümi qriplə bağlıdır.
Rakif Abdullayev əlavə edib ki, qripin müalicəsi üçün lazımı dərman ehtiyatı yaradılıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin "donuz qripi" ilə bağlı imzaladığı əmrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda qonşu olan İranda ötən il 33, bu il isə Türkiyədə 13 nəfər "donuz qripi" epidemiyasının qurbanı olub.
OXŞAR XƏBƏRLƏR
19:34
1132
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1318
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2034
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1284
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1233
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
670