Gəncədə mağazanı yaran şəxslər ələ keçirildi!
Gəncənin mərkəzindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb. Sentyabrın 14-də Gəncənin, Atatürk küçəsi 265 ünvanında yerləşən mağazadan oğurluq edən şəxlər müəyyənləşərək cinayət məsuliyyətinə cəlb edilib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, oğurluqda şübhəli bilinən şəxslərdən biri yetkinlik yaşına çatmayan şəxsdir. Digər şəxsin isə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilən, 30 yaşlı Orxan Əliyev olduğu müəyyənləşdirilib.
Məlumata görə, saxlanılan şəxslər sentyabrın 14-də şəhərin mərkəzində yerləşən ərzaq mağazasının pəncərəsini sındıraraq içəriyə daxil olublar və oradan 600 manat pul və 200 manat dəyərində müxtəlif markalı siqaretlər aparılıb. Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, yetkinlik yaşına çatmayan şəxs azadlığa buraxılsa da, Orxan Əliyev barəsində cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"