Paytaxtda maşın yandı, sürücü yaralandı
Bakının Nәsimi rayonunda avtomobil yanıb.
APA TV-nin məlumatına görə, “Ford Tranzit” markalı kiçiktutumlu yük maşını Cavadxan küçәsi ilә metronun “Nәsimi” stansiyası istiqamәtindә hәrәkәtdә olan zaman qәfildәn alışıb. Bunu görәn sürücü özünü avtomobildәn yerə atıb. Hәrәkәtdә olan nәqliyyat vasitәsini әtrafda olan şәxslәr yola daş maneәlәr ataraq saxlaya bilib.
Bundan sonra hadisә yerinә FHN-in yanğın söndürәn maşınları vә canlı qüvvәsi cәlb olunub. Yanan avtomaşın qısa zamanda söndürülüb.
Sürücü özü dә yanıq xәsarәtlәri alıb. Yaralı təcili tibbi yardım maşını ilə xәstәxanaya çatdırılıb. Hadisәnin sәbәblәri araşdırılır.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Ford” markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib