Taxıl Kombinatının direktorunu öldürən şəxslər onun telefonunu aparıblar - HADİSƏ YERİNDƏN
Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Bağlar massivində qeydə alınıb. Qəsəbə sakini, 1963 -ci il təvəllüdlü Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə qətlə yetirilən şəxs taxıl kombinatının direktoru olub.
Ailəli olsa da Bağırov çox vaxt bağ evində qalırmış. Ailəsi isə Hövsanda bina evində yaşayıb. Oğlu Pənah Bağırov Sabunçu rayon 30-cu polis bölməsinin əməkdaşlarına atasının bağ evində tək yaşadığını deyib. O qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi barədə ehtimalının olmadığını deyib. Pənah Bağırovun sözlərinə görə, hadisəni törədən şəxslər evin altını üstünə çeviriblər. Artıq mərhumla əlaqəsi olan bütün şəxslər 30-cu polis bölməsin dəvət olunub.
Qeyd edək ki, evdən heç nə aparılmasa da, hadisə yerindən mərhum Qalib Bağırova məxsus mobil telefon tapılmayıb. Ehtimala görə, Bağırovun öldüyünü güman edən şəxslər izi itirmək məqsədilə onun mobil telefonunu özləri ilə aparıblar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib