DGK “donuz qripi” təhlükəsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Türkiyədə qeydə alınmış “donuz qripi” təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib.
APA TV-nin cənub bürosunun məlumatına görə, bunu Masallıda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
O bildirib ki, istər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur. Ona görə də bütün sərhəd-keçid məntəqələri uzun illərdən bəri tam işlək vəziyyətdə olan termoqurğularla təchiz olunub.
Aydın Əliyev əlavə edib ki, sərhəd-keçid məntəqələrinə DGK-nın tərkibindəki həkim briqadaları da cəlb olunublar: "Biz daimi olaraq Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın zamanlarda həmin qurumun təcrübəli həkimləri tərəfindən bizim tibb işçilərimiz üçün seminar-treninqlərin də keçirilməsi nəzərdə tutulub".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib