Türkiyədə itkin düşmüş azərbaycanlı qadının meyiti tapıldı
Ötən il noyabrın 22-də Türkiyənin Antalya şəhərində itkin düşmüş azərbaycanlı qadının cəsədi tapılıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, 45 yaşlı Xatirə Haqverdiyevanın meyiti bu gecə şəhərə gəzintiyə çıxan insanlar tərəfindən Manavqat çayında aşkarlanıb.
Bundan bir neçə saat sonra eyni çaydan azərbaycanlı qadınla münasibətləri olduğu deyilən 33 yaşlı Ekrem Dallının meyiti də tapılıb. Hər ikisinin itkin düşməsi ilə bağlı eyni gündə polisə müraciət edilib. Hadisənin cinayət və ya intihar olduğu polis tərəfindən araşdırılır.
Xatirə Haqverdiyevanın həyat yoldaşından boşandığı və 5 uşaq anası olduğu bildirilir. Onun uşaqları Azərbaycanda yaşayır.
OXŞAR XƏBƏRLƏR
19:34
1165
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1348
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2063
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1287
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1236
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
675