Türkiyə metrosunda qəza: konteyner qatara çırpıldı
Türkiyədə metro xəttində qəza baş verib.
APA-nın məlumatına görə, bu gün yerli vaxtla saat 7:30 radələrində İzmir şəhərində Evka 3-Fahrettin Altay xətti ilə hərəkət edən metro qatarı Bölgə stansiyasından keçən zaman yaxınlıqdakı yük anbarında yük maşınlarının üzərindəki konteyner aşıb.
Hadisə yük konteyneri yük maşınının üzərinə qoyularkən baş verib. Nəticədə konteyner metro qatarına çırpılıb, vaqonlardan biri xətdən çıxaraq aşıb. Vaqonun aşması nəticəsində vaqonda olan bəzi sərnişinlər yüngül xəsarət alıblar. Yaralılara yerində tibbi yardım göstərilib.
Qəzanın nəticələri aradan qaldırılana qədər metro xətlərində qatarların hərəkəti dayandırılıb, 1 saat sonra xətlərdən birində vaqonların hərəkətinə icazə verilib.
OXŞAR XƏBƏRLƏR
19:34
1165
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1348
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2063
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1287
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1237
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
675