Bakıda iki polis rəisi işdən çıxarıldı
Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb. APA TV-nin məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Natiq Camalov və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduqları vəzifədən azad ediliblər. Onların yerinə hələlik təyinat yoxdur.
Nazirin digər əmri ilə Natiq Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib. Natiq Camalov isə hələlik sərəncamdadır.
OXŞAR XƏBƏRLƏR
19:34
1165
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1348
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2063
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1287
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1237
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
675