17 yaşlı tələbə Ağdaşda qohumunu güllələdi
Ağdaş rayonunda 22 yaşlı gənc oğlan qohumu tərəfindən güllələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Hacılı kəndində qeydə alınıb.
Kənd sakini, Mingəçevir Turizm Kollecinin birinci kurs tələbəsi olan 1999-cu il təvəllüdlü Emin Zəkəriyyə oğlu Həsənov yaşadığı evin həyətində atasına məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq atasının əmisi nəvəsi olan 1993-cü il təvəllüdlü Pünhan Sadiq oğlu Həsənovu güllələyib.
Qarın nahiyəsindən ağır xəsarət alan Pünhan Həsənov çoxlu qan itirərək ölümcül vəziyyətə düşüb. Yaralı təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib