Parisdə polis idarəsinə hücum edən terrorçu öldürüldü - İŞİD-dən məktub gətiribmiş
"Charlie Hebdo" jurnalına hücumun ildönümündə Fransanın paytaxtı Parisdə daha bir terrora cəhd olunub.
APA TV-nin məlumatına görə, əlində kiçik çanta olan terrorçu Parisin 18-ci bölgəsindəki polis idarəsinə girərək təkbir gətirib.
Polis terrorçuya dərhal müdaxilə edib. Vurulan terrorçunun üzərində kəmərlə bərkidilmiş partlayıcının saxta olduğu üzə çıxıb. 20 yaşlı terrorçunun üstündən tapılan məktubda İŞİD-in həyata keçiriləcək hücuma görə məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı xüsusi qeydlər aşkarlanıb.
Hadisədən sonra Parisdə yenidən polis postları qurulub. Paytaxtda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.
Qeyd edək ki, polis idarəsinə hücumdan bir neçə saat öncə Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" hücumunun ildönümü ilə bağlı etdiyi çıxışında Fransanın bundan sonra terrorla mübarizəni ən yüksək səviyyəyə çatdıracağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib