Bakıda gənc oğlanı işgəncə ilə öldürdülər
Bakıda daha bir qətl törədilib. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 4, mənzil 46 ünvanında işgəncə ilə öldürülmüş gənc oğlanın meyiti tapılıb. Hadisə yerinə ərazi üzrə 24-cü Polis Bölməsinin və Polis İdarəsinin, eləcə də Nizami rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.
Polisdən verilən məlumata görə, hələlik qətlin hansı şəraitdə törədilməsi məlum deyil. Araşdırmalar zamanı məlum olub ki, meyit Fərid Abbasova məxsusdur. Qonşuların APA TV-yə verdikləri məlumata görə, mərhum sözügedən ünvanda kirayə qalırmış. Qonşular bildiriblər ki, mərhumu heç vaxt həyətdə görməyiblər. Hazırda hadisənin səbəbləri və qətli törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib