Ən böyük giləmeyvənin sirri…
Çoxları düşünür ki, avqust ayı bitdisə, atrıq qarpız yemək olmaz. İyunda başlayan qarpız mövsümünü bitmiş hesab edirlər. Amma hamı belə düşünmür, hələ də qarpız alanlara rast gəlmək mümkündür. Satıcılar APA TV-yə bildirdilər ki ,isti havalarda gündə 3-4 ton qarpız satılırdısa, indi bu rəqəm 300-400 kiloqramı keçmir. Əslində qarpızın yeməli vaxtı elə indidir.
"Qarpızın dərmansız vaxtı da indi olur" deyirlər. Satıcının sözlərinə görə, hər səhər onun yanına gəlib, qarpız yeyib, sonra işə gedən insanlar var. Qarpızın qiymətinə gəlincə, indiki qiymətlə isti aylardakı qiymət arasında elə bir fərq yoxdur. Çəkiliş apardığımız vaxt satıcının dediyi kimi qarpız alanların sayı az idi. Az adam var idi ki, qarpız alırdı. Bu dəfə üz tutduq alıcılara. Alıcı tez-tez qarpız aldığını bildirdi, amma keyfiyyətinin get-gedə azaldığını da dedi. Bu da yəqin ki, mövsümlə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mutuzəli Hacıyev də bu fəsildə satılan qarpızların orqanizmə zərərsiz olduğunu deyir. APA TV-yə açıqlama verən mətbuat katibi buna baxmayaraq, hər meyvəni öz fəslində yeməyi məsləhət görür. Hər şeyin artığı ziyandır deyirlər. Qaydasında yeyək ki, sonra əziyyət çəkməyək.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib