Qətər İranla diplomatik əlaqələri kəsdi
Qətər hökuməti İrandakı səfirini geri çağırıb. APA TV-nin xəbərinə görə, buna Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyalarına hücum səbəb olub.
Bundan əvvəl Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan rəsmi Tehranla diplomatik əlaqələrini kəsdiklərini bəyan etmişdilər.
İranın Səudiyyə Ərəbistanındakı səfirliyi və Ciddədəki konsulluğunun əməkdaşları bu ölkəni tərk ediblər. İranda diplomatik nümayəndəliklərə hücumlardan sonra Səudiyyə Ərəbistanı iranlı diplomatlara ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt vermişdi. İranda xidmət keçən səudiyyəli diplomatlar da artıq öz ölkələrinə qayıdıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr əl-Nimrin də olduğu 47 nəfər edam olunub. Din xadiminin edamı İranda kütləvi etirazlara səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib