Lənkəranda torpaq sürüşməsi: yaşayış evləri qəzalı vəziyyətə düşdü
Ötən ilin oktyabr-noyabr aylarında cənub bölgəsinə yağan intensiv yağışlar bir neçə yaşayış məntəqəsində sürüşmə ərazilərinin aktivləşməsinə səbəb olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, torpaq sürüşməsi nəticəsində Lənkəran rayonunun dağlıq Bəliton kəndində fərdi yaşayış evləri qəzalı vəziyyətə düşüb.
Əksər evlərin divarlarında dərin çatlar əmələ gəlib. Kənd sakini Əfqan Heydərova məxsus fərdi ev yaşayış üçün xüsusilə təhlükəli sayıldığından, onun ailəsi təxliyə olunub.
Təbii fəlakətdən ziyan çəkən sakinlər narahatdır.
Kənd sakini Vaqif Ağayev: "1990-cı ildə bu evə köçmüşəm. O vaxtdan bəri heç bir çat olmayıb. 2013-cü ildən etibarən evdə çatlar əmələ gəlib".
Kənd sakini Kazım Ağayev: "Bu sürüşmə gündən-günə davam edir. Torpaq qatını daşıyıb ərazidən uzaqlaşdırıram, çəpər də çəkmişəm, amma faydası yoxdur".
Kənd sakini İslam Muradov: "Mənzərə göz qabağındadır. Çatlar getdikcə genişlənir".
Qeyd edək ki, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri kənddə qəzalı evlərə baxış keçirərək, müvafiq akt tərtib ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib