Qızıl mağazasının sahibəsinin qətli ilə bağlı yeni xəbər: evindən külli miqdarda pul aparılıb
Bakıda xüsusi amansızlıqla öldürülən sahibkar qadının evindən külli miqdarda pul aparılıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə baş verəndən dərhal sonra polis və prokurorluq əməkdaşları mənzilə baxış keçirib. Məlum olub ki, qətl tamah məqsədi ilə törədilib və mənzildən xeyli miqdarda pul aparılıb.
Qətlə yetirilən Məryəm Namədzadənin ailə üzvləri və yaxınlarının ifadələri alınıb. Alınan ifadələr əsasında mənzildən təxminən 30 min manat aparıldığı müəyyənləşib. Lakin bu, son rəqəm deyil. Mənzildən aparılan pulun dəqiq miqdarı hadisəni törədən şəxs tutulduqdan sonra məlum olacaq. Qadının evində ailə üzvlərinə və yaxınlarına məlum olmayan miqdarda pul və daha dəyərli əşyaların olduğu da ehtimal edilir.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib