"Azdrama"ya yeni baş direktor təyin olundu
Azərbaycan Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə yeni təyinat olub.
APA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş direktoru təyin olunub.
İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.
Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.
Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.
Qeyd edək ki, indiyədək teatrın baş direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilə müddəti uzadılmayıb.
OXŞAR XƏBƏRLƏR
19:34
1186
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1359
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2074
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1287
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1239
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
675