Təhsil Nazirliyi: Ali məktəblər təhsil haqqını ABŞ dolları ilə tələb edə bilməz
Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmək haqqı yoxdur.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir.
Qeyd olunub ki, bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.
Qeyd edək ki, bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar dərc olunub.
OXŞAR XƏBƏRLƏR
19:40
163
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
165
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1243
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1373
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2087
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1292